AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı heç-heçə etməsi münasibətilə təbrik edib.
Offsideplus.az xəbər verir ki, Rövşən Nəcəf sosial şəbəkədə paylaşım edərək “Qarabağ”ın Avropada qazandığı bu uğuru yüksək qiymətləndirib:
“Qarabağ klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin ‘Çelsi’ klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı. ‘Qarabağ’ komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram.”
Xatırladaq ki, “Qarabağ” səfərdə “Çelsi” ilə 2:2 hesablı bərabərlik əldə edərək Azərbaycan futbolu tarixinə daha bir mühüm nəticə əlavə edib.