BAKI, 6 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının IV turunda keçirilən “Qarabağ” – “Çelsi” (2:2) matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Teleqraf xəbər verir ki, UEFA-nın qərarına əsasən, bu ada London təmsilçisinin futbolçusu Eştevao layiq görülüb.
Qeyd edək ki, Eştevao qarşılaşmanın 16-cı dəqiqəsindən hesabı açan ilk futbolçu olmuşdu.