“Liverpul” azarkeşləri Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda "Real"la(1:0) oyunda öz keçmiş müdafiəçiləri Trent Aleksandr-Arnolda fit çalıblar.
Sportal.az xəbər verir ki, “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager CBS-ə açıqlamasında “Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxelin fikirləri ilə razılaşmayıb:
Şmeyxel bele deyib:
“Trent "Liverpul"a demək olar 20 il xidmət edib. O, klubun qazandığı bütün titullarda pay sahibi olub. Onu qəhrəman kimi qarşılamaq lazımdır.”
Karrager isə belə cavab verib:
“Mən sənin dediklərinlə razı deyiləm. Düşünürəm ki, azarkeşlər kimin üçün necə münasibət göstərəcəklərinə özləri qərar verməkdə azaddırlar.
Pis münasibətin səbəbi odur ki, Trent bu 20 il ərzində, dediyin kimi, ‘mən azarkeşəm, sadəcə meydandayam’ baxışı ilə oynayırdı. Bu stadiondakı azarkeşlər heç biri ‘Liverpul’dan pulsuz gedib, "Real"da oynamağı seçməzdi.
Əlbəttə, bu onun karyerasıdır, bir dənədir, o gəncdir və klubda parlaq uğurlar qazanıb. Amma o deyirdi ki, "Liverpul" onun üçün yeganə komandadır, o, kapitan və klub əfsanəsi olmaq istəyir. Elə vəziyyətdə klubunu tərk etmək olmaz – çempionluğu yeni qazanmış və daha çox kubok qazanmaq imkanı varkən.
Sonra sən səni iki dəfə Çempionlar Liqası finalında məğlub etmiş kluba keçirsən. Bu, səninlə yenidən finalda qarşılaşmaq istədiyin klubdur. Azarkeşlərin reaksiyasını tamamilə başa düşürəm. Onlar müəyyən mənada hiss edirlər ki, Trent klubdakı illər ərzində onlara sadiq olmayıb. Üstəlik, son bir ildə o, mətbuata müsahibə vermir, nə də özü, Salah və van Deyk ətrafında gedən müzakirələrə qarışmırdı.
Salah və van Deyk açıq şəkildə mətbuatda qalmaq istədiklərini deyirdilər. Trent isə bu barədə susurdu. Azarkeşlərin məyusluğu da məhz buradan qaynaqlanır".
saytlarin hazirlanmasi