EN

Masazırda gölü qurudaraq yerində fərdi yaşayış evləri tikiblər - "Sakinlər də razıdır: "Allah köməkləri olsun..." - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən göl qurudulub, yerində isə fərdi yaşayış evləri salınıb. Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, son üç ildə gölün ərazisi tamamilə qurudularaq üzərində evlər tikilib.

 

Sakinlərin sözlərinə görə, göl əvvəllər onlara müəyyən çətinliklər yaradıb. Bir müddət əvvəl ərazidəki çirkab suları həmin gölə axıdılırdı.

 

Masazır kənd bələdiyyəsindən bildirilib ki, yaxınlıqdakı yaşayış evlərindən axıdılan kanalizasiya suları gölün ətrafında antisanitar vəziyyətin yaranmasına səbəb olub. Sakinlərin müraciətindən sonra mənzillərdən gölə axan kanalizasiya sularının qarşısı alınıb.

 

Bununla belə, torpaqla doldurularaq üzərində tikilən evlərin hansı icazə sənədləri əsasında inşa olunması sual olaraq qalır.

 

Tarix: 5 Noyabr 2025, 23:56   
Chosen
7
3
pravda.az

4Sources