“Gecə bayquşları” adı verilmiş gec yatan adamlar tez yuxuya gedənlərdən daha yüksək IQ-ya malikdir.
AzPost bildirir ki, bu barədə Britaniya İmperial Kollecinin araşdırmasında deyilir.
Kollecin London şöbəsində 26.000 nəfərin iştirak etdiyi təcrübə aparılıb. Nəticə göstərib ki, gec yatıb oyanan insanlar məntiqi problemləri erkən yatanlara nisbətən 13,5% daha yaxşı həll edirlər.