EN

Ancelina Coli Ukraynaya səfər etdi − Sürücüsü “voyenkomat”a aparıldı


Ancelina Coli Rusiya qoşunlarının genişmiqyaslı işğalı başlayandan bəri ikinci səfəri üçün Ukraynaya gedib. 
Yeniavaz.com
xəbər verir ki, o, Xerson küçələrinə gülləkeçirməz jilet geyinərək çıxıb, bir neçə tibb müəssisəsinə baş çəkib, ukraynalı uşaqlar və yerli hakimiyyət nümayəndələri ilə görüşüb.
Səfər zamanı Nikolayev vilayətində Ərazi Qəbul Mərkəzinin (hərbi komissarlıq, “voyenkomat” - red.) əməkdaşları aktrisanın sürücüsü kimi işləyən ukraynalını saxlayıblar.
Bildirilib ki, kortej üzvü lazımi sənədləri olmadığı üçün TRC-yə aparılıb. İddia edilir ki, guya Coli sürücüyə kömək etmək üçün “voyenkomat”a gedib. 
UNİAN mənbələrə istinadən bildirib ki, Colinin sürücüsü, 1992-ci il təvəllüdlü Ukrayna vətəndaşı saxlanılıb. Onun hərbi qeydiyyata dair sənədlərinin olmadığı müəyyən edilib. Yoxlama nəticəsində məlum olub ki, o, ehtiyatda olan zabitdir, lakin səfərbərlikdən möhlət üçün təsdiq edilmiş əsası yoxdur.
Mənbələrin məlumatına görə, saxlanılan ukraynalı hazırda səfərbərlikdən sonra hərbi xidmətə hazırlaşır.
Chosen
36
1
yeniavaz.com

2Sources