EN

“Benfika” “Portu”nun davranışlarından şikayət edib

Portuqaliya futbolunda qalmaqal yaranıb.

90deqiqe.Az-ın məlumatına görə, “Benfika” rəsmi şəkildə Portuqaliya Futbol Federasiyasına müraciət edərək “Portu”nun son oyunlardakı hərəkətlərini araşdırmağı tələb edib.

Hadisə “Portu”nun “Braqa”ya qarşı keçirdiyi görüşdən sonra gündəmə gəlib. Lissabon klubu rəqibin hakimlik qərarlarından faydalandığını hesab edir.

Bundan başqa, “Benfika” iddia edir ki, “Portu” əməkdaşları qarşılaşma sonrası hakim otağında televizor quraşdıraraq klubun əleyhinə olduğu düşünülən epizodları nümayiş etdiriblər.

Lissabon təmsilçisinin fikrincə, bu, matçın inspektoru Fabiu Verissimoya təzyiq xarakteri daşıyır və çempionatın etik qaydalarının pozulmasıdır.

“Benfika” Federasiyanı məsələ ilə bağlı müvafiq addımlar atmağa və bu təcrübəyə son qoymağa çağırıb.

Chosen
50
90deqiqe.az

1Sources