EN

AYAL gəncləri ekoloji innovasiyalara təşviq edib

AYAL Gənc Fəallar və Liderlər İctimai Birliyi “Hakaton 29: Azərbaycanda Eko-İnnovasiyaya Gənclərin Təşviqi” layihəsini uğurla həyata keçirib.

2024-cü ilin oktyabr–dekabr aylarını əhatə edən layihənin məqsədi gəncləri dövlətin ekoloji və innovasiya siyasətinə dəstək verməyə, ətraf mühitin mühafizəsi və davamlı inkişaf təşəbbüslərində fəal iştirakçıya çevirməyə təşviq etmək olub.

Quba və ətraf rayonlardan olan 18–29 yaşlı gənclərin iştirakı ilə keçirilən layihə çərçivəsində mentorluq proqramları, interaktiv təlimlər və müzakirə sessiyaları təşkil edilib. Gənclər bərpa olunan enerji, tullantıların idarə olunması və yaşıl texnologiyalar sahəsində bilik və bacarıqlar əldə ediblər.

Layihə gənclərdə ekoloji məsuliyyət və innovativ düşüncə tərzinin formalaşmasına, həmçinin sahibkarlıq bacarıqlarının inkişafına töhfə verib. Nəticədə yaranan ideyalar bölgələrdə ekoloji innovasiyaların təşviqinə xidmət edəcək.

Chosen
28
editor.az

1Sources