EN

Azərbaycan klubu FIBA Avropa Kubokunda Polşa təmsilçisinə qalib gəlib

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Azərbaycanın basketbol klubu "Neftçi" FIBA Avropa Kubokunda növbəti oyununda qələbə qazanıb. Sport24.az xəbər verir ki, I qrupunda mübarizə aparan "ağ-qaralar" IV turda Polşanın "Trefl" komandasını 92:87 hesabı ilə üstələyib.

Qarşılaşma Bakı İdman Sarayında baş tutub.

Qeyd edək ki, qrupun digər görüşündə "Abşeron Lions" Estoniyada "Kalev"in qonağı olacaq. Bu oyun isə saat 21:30-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
4
sport24.az

10Sources