EN

Elmar Məmmədyarov: “Paşinyan küçələrə 100 min adam yığırdı, indi isə…”

“Gələn il Ermənistanda keçiriləcək seçkilərdən çox şey asılıdır. Seçkilər yaxınlaşdıqla müxtəlif qüvvələr Paşinyana qarşı addımlar atmağa çalışacaqlar, müxtəlif ssenarilər ola bilər”.

KONKRET.az xəbər verir ki bunu Demokrat.az-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, müxalif qüvvələrin Paşinyanı devirə biləcəyinə inanmadığını bildirib:

“Mən deyərdim ki, Paşinyan hakimiyyətdə qalacaq. Gəlin məntiqli fikirləşək, Paşinyana qarşı çıxış edən qüvvələr əhaliyə çağırış edirlər ki, insanlar küçəyə çıxsın. 5 mindən artıq insan gəlmir, heç 10 min yığa bilmirlər. Əhali yorulub bu şeylərdən, Paşinyan onları qane edir.

2018-ci ildə Paşinyan 100 mindən çox adam yığırdı mərkəzdə. İndiki qüvvələr nə qədər resurs sərf edirlər, maliyyə sərf edirlər, amma insanları küçədə toplaya bilmirlər. Paşinyanın hakimiyyətdə qalması sülh prosesi üçün müsbət olacaq. Çünki Paşinyan imza atıb, öhdəlik götürüb”.

Chosen
7
1
konkret.az

2Sources