"Çelsi" və "Strasburq" klublarının sahibi olan Todd Bohli Braziliyadan klub almaq üzrədir.

Offsideplus.az xəbər verir ki, o, "Santos" klubunu almağa yaxındır. Onun sahibi olduğu “BlueCo” şirkəti “Santos” ilə satınalma danışıqlarında irəliləmiş mərhələyə çatıb.

Razılaşmanın yaxın günlərdə yekunlaşa biləcəyi bildirilir. Bu addımla “BlueCo” futbol dünyasında qlobal klub şəbəkəsini daha da genişləndirməyi hədəfləyir.