EN

Qəzaya düşən sərnişin avtobusunun sürücüsü açıqlama verdiVİDEO

Bakıda sərnişinlə dolu avtobus zəncirvari qəza törədib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən axşam paytaxtın Binəqədi rayonunda baş verib.

Qəzanı törədən 202 nömrəli marşrut avtobusunun sürücüsü Habil Nəsirov hadisənin təfərrüatlarını  açıqlayıb.

O deyib ki, hadisə avtobusda anidən yaranan nasazlıq səbəbindən baş verib.  Onun sözlərinə görə, qəfildən avtobusun sürəti artıb və məlum hadisə olub. Avtobusda 19 sərnişin olub və onların arasında ciddi xəsarət alan olmayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli "Xəzər Xəbər"ə bildirib ki, hadisənin təfərrüatları araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Chosen
65
xezerxeber.az

1Sources