EN

Xaçmazda şəhərin mərkəzində kərkəs tutuldu

Xaçmaz şəhərində nəhəng kərkəs tutulub.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Xaçmaz üzərində səmada uçan kərkəs şəhərin N.Nərimanov prospektində şam ağacına qonub.

Əraziyə cəlb olunan FHN-nin xüsusi riskli xilasetmə qrupu qartalı tutmaq istəyərkən, vəhşi quş ağacdan yerə düşüb. Yerli sakinlərin köməyi ilə kərkəsi tutmaq mümkün olub.

Şəhər sakinləri indiyədək belə kərkəsin yaxından uçduğunu görmədiklərini və onun "Akbaba"  növə məxsus olmasıni bildiriblər.

Vəhşi quş əlaqədar təşkilatlara təhvil verilib.

Asiman Qaraca

Chosen
28
unikal.az

1Sources