EN

Məhəmməd Şahbaz Şərif Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz ŞərifZəfər Günün münasibətilə Prezident İlham Əliyevə təbrik məktubuünvanlayıb.

Trend xəbərverir ki, təbrik məktubunda qeyd olunub:

"Zati-aliləri.

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsininbeşinci ildönümü münasibətilə Pakistan xalqı və Hökuməti adından,eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimiziçatdırıram.

Bu tarixi gün Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünübərpa etmək üçün göstərdiyi cəsarətin, birliyin və sarsılmazqətiyyətin parlaq təcəssümüdür. Bu qətiyyətli Qələbə nəticəsindəsevimli Şuşa şəhəri də daxil olmaqla Azərbaycanın əzəli torpaqlarıazad edilib.

Bu əlamətdar hadisə, həmçinin Ermənistanla tarixi razılaşmanınəldə edilməsini, bununla da Qafqaz regionunun davamlı sülh və yeniiqtisadi imkanlar dövrünə qədəm qoymasında Zati-alinizin dövlətxadimi kimi müstəsna xidmətlərini və uzaqgörən liderliyini yüksəkqiymətləndirmək üçün yaxşı fürsətdir.

Zati-aliləri, 2025-ci il noyabrın 8-də Bakıda Zəfər Günü iləbağlı tədbirlərdə Sizinlə birlikdə iştirak etməyi səbirsizlikləgözləyirəm. Əminəm ki, səfərim xüsusilə də 2025-ci il iyulun 4-dəXankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvəgörüşü zamanı əldə olunan mühüm razılıq çərçivəsində qarşılıqlıfaydalı gündəliyimizi inkişaf etdirmək üçün gözəl fürsətyaradacaqdır.

Ən qısa zamanda Zati-alinizə münasib vaxtda Pakistana səfərinizisəbirsizliklə gözləyirik. Bu baxımdan, məmnunluqla bildirirəm ki,heyətlərimiz həmin səfər zamanı bir sıra qarşılıqlı faydalıtəşəbbüslərin rəsmi şəkildə başladılması üçün bəzi məsələləriyekunlaşdırmaq istiqamətində səylə çalışırlar.

Bu xoş fürsətdən istifadə edərək, Pakistanın qardaşxalqlarımızın rifahı naminə əlaqələrimizi çoxşaxəli, qarşılıqlıfaydalı strateji və iqtisadi tərəfdaşlıq səviyyəsinə yüksəltməkəzmində olduğunu bir daha vurğulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizixahiş edirəm".

Chosen
12
44
az.trend.az

10Sources