EN

Flik “Barselona”nı tərk etmək niyyətindədir

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

İspaniya çempionu “Barselona”nın baş məşqçisi Hans-Diter Flik cari mövsümün sonunda Kataloniya klubunu tərk etmək niyyətindədir.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. 

Almaniyalı çalışdırıcı bu barədə məşqçilər korpusunun üzvlərinə məlumat verib.

Qeyd edilib ki, o, klub rəhbərliyi tərəfindən dəstək hiss etmir və bəzi futbolçularının münasibətindən narazıdır.

Xatırladaq ki, İspaniya çempionatının 11-ci turundan sonra “Barselona” lider “Real Madrid”dən 5 xal geri qalaraq 25 xalla ikinci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
yeniavaz.com

1Sources