EN

2 saat 30 dəqiqə tez gəlin - "Qarabağ" müraciət etdi

"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda bu gün "Çelsi" ilə keçiriləcək oyunla bağlı azarkeşlərinə müraciət edib.

Sportinfo.az xəbər verir ki, klub müraciətdə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı izləmək üçün azarkeşləristadiona erkən gəlməyə çağırıb.

Qeyd edlib ki, bu, stadiona rahat daxil olmaq, sıxlıqdan yayınmaq və komandanınn isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Oyun başlayandan 20 dəqiqə sonra stadiona girişin məhdudlaşdırılacağı bildirilib.

Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (150 dəqiqə) qalmış açılacaq.

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 21:45-də başlayacaq.

Chosen
23
sportinfo.az

1Sources