EN

Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlıq çərçivəsində sənədlər imzalandı

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində "İqtisadiyyat Nazirliyi ilə Ərəb Koordinasiya Qrupunun üzvləri arasında Niyyət Bəyannaməsi" və "İqtisadiyyat Nazirliyi ilə Əbu-Dabi İnkişaf Fondu arasında Anlaşma Memorandumu" imzalanıb.

Sherg.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.

"Ərəb Koordinasiya Qrupu ilə tərəfdaşlığımızı yeni mərhələyə yüksəldən bu sənədlər birgə fəaliyyətin səmərəliliyinin artırılması, işgüzar platformaların və investisiyaların təşviqi üçün yeni mexanizmlərin yaradılmasını əhatə edir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
7
sherg.az

9Sources