EN

Qadın boksçu antidopinqə görə altı ay müddətinə diskvalifikasiya olundu

BAKI, 5 noyabr. TELEQRAF

Avropa çempionu və Rusiyanın dördqat boks çempionu Darima Sandakova antidopinq qaydalarını pozduğu üçün altı ay müddətinə diskvalifikasiya olunub.

Teleqraf xəbər verir ki, 29 yaşlı idmançının dopinq nümunəsində trimetazidin maddəsi aşkarlanıb.

Əvvəlcə rusiyalı boksçunu 4 il müddətinə yarışlardan uzaqlaşdırmaq planlaşdırılsa da, hüquqşünaslar qərarı sonradan dəyişib.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində İdman Arbitraj Məhkəməsi (CAS) oxşar pozuntuya görə fiqurçu Kamila Valyevanı 4 il müddətinə diskvalifikasiya etmişdi. Onun 25 dekabr 2021-ci ildə Rusiya çempionatında götürülən nümunəsində də trimetazidin aşkar edilmiş, lakin o zaman idmançının müdafiə tərəfi maddənin orqanizmə təsadüfən düşdüyünü sübut edə bilməmişdi.

Chosen
52
teleqraf.com

1Sources