EN

Yeni işə girəndə hər kəsin etdiyi 5 səhv

Hər birimiz yeni işə qəbul olanda bəzi səhvlər edirik.  

Ölkə.Az xəbər verir ki, bunu işçi təcrübəsinin idarəolunması üzrə mütəxəssis Nurxan Məcidova deyib.

O, yeni işə qəbul olarkən insanların yol verməməli olduğu 5 xətanı aşağıdakı kimi sadalayıb:

1. Özünü sübut etməyə tələsmək
Hər kəsə bacarığını göstərmək istəyirsən, amma ilk günlər dinləmək və müşahidə etmək daha ağıllı addımdır.

2. Köhnə işinlə müqayisə aparmaq
“Bizim orada belə idi” cümləsi sənin düşmənin ola bilər. Yeni mühit=yeni qaydalar. Sadəcə bax, öyrən, uyğunlaş.

3. Sual verməkdən çəkinmək
“Bunu bilməsəm, zəif görünərəm” – Yox. Əksinə, sual vermək sənin öyrənməyə açıq olduğunu göstərir.

4. Hər tapşırığa “hə” demək
Yeni işdə çox şey öyrənmək istəyirsən, bu, başadüşləndir. Amma hər işə “hə” dedikcə öz prioritetini itirirsən.

5. Hər kəslə dost olmağa çalışmaq
İlk gündən hamının səni sevməsinə çalışma. Əslində, səni sevmələrinə yox, hörmət etmələrinə çalış.

Billurə


 

Chosen
16
2
olke.az

3Sources