Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Belçika ölkədəki naməlum pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentlərlə əlaqədar NATO-nun Vaşinqton müqaviləsinin 4-cü maddəsini aktivləşdirmək niyyətindədir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken bildirib.
4-cü maddə blok ölkələri ilə təhlükəsizliklə bağlı məsləhətləşmələrin aparılmasını nəzərdə tutur.
"Yaxın saatlar və günlərdə Belçikanın NATO-nun 4-cü maddəsini aktivləşdirməsi ilə bağlı məsələ həll ediləcək", - o deyib.
Qeyd edək ki, PUA-larla bağlı insidentlər səbəbindən bu gün Brüssel hava limanında 54 reys ləğv edilərək başqa hava limanlarına yönləndirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.