EN

Putinə təcili nüvə sınağı keçirmək çağırışı edildi - Avropadakı raketlər 6-7 dəqiqə ərzində Rusiyanı vura bilər

Hurriyyet.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Andrey Belousov RF Prezidenti Vladimir Putinə dərhal nüvə silahınının sınaqlarına hazırlığa başlamağı təklif edib. O, sınaqların Novaya Zemlya (Yeni Torpaq) arxipelaqında keçirilməsi təşəbbüsü ilə çıxış edib. 

Onun sözlərinə görə, Vaşinqton Almaniyadan Mərkəzi Rusiyaya 6-7 dəqiqəlik uçuş müddəti olan raketləri Avropada və Asiya-Sakit Okean bölgəsində yerləşdirməyi planlaşdırır.

Belousov qeyd edib ki, ABŞ oktyabr ayında Rusiyaya qarşı qabaqlayıcı nüvə raket zərbəsi təlimləri keçirib.

Hürr Tərcüman

 

Chosen
63
18
hurriyyet.az

10Sources