EN

FHN-in nümayəndə heyəti Çində

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin rəisi general-mayor Əşrəf Qasımovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Çin Milli Aviasiya Texnologiyaları İdxalı və İxracı Korporasiyasının (CATIC) vitse-prezidenti Lyu Yi ilə görüşüb.

Görüşdə Azərbaycan və Çinin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunub, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi əhəmiyyət kəsb edən aviasiya sahəsində ən son texnologiyaların tətbiqinin vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Chosen
25
7
hafta.az

8Sources