EN

Sabah Oğuzun bəzi ərazilərində qaz olmayacaq

BAKI, 5 noyabr. TELEQRAF

Sabah Oğuz rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Teleqraf xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Oğuz rayonu ərazisində Oğuz şəhəri Xasməmmədov küçəsi və Kərimli kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar siyitrmənin quraşdırılması, Kərimli kəndində qaz tənzimləyicinin istismardan çıxarılması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Xasməmmədov küçəsi və Kərimli kəndində cəmi 775 abonentin qaz təchizatı dayandırılacaq.

Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Chosen
21
teleqraf.com

1Sources