
Türkiyədə sabiq deputat Karo Paylan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində nikbin proqnozlar verib.
Yeniavaz.com xəbər verir ki, o, noyabrın 5-də jurnalistlərlə söhbətində bildirib ki, sərhədin yaxın aylarda açılması ehtimalı yüksəkdir.
Paylan qeyd edib ki, gələn ilin yanvar və ya fevral aylarında bu istiqamətdə “çox müsbət irəliləyişlərin” şahidi olacağıq: “Əgər hər şey qaydasında getsə, əvvəlcə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq, daha sonra isə Türkiyə və Ermənistan vətəndaşları da sərhəddən keçə biləcəklər. Mən bu münasibətlərin parlaq gələcəyini görürəm”.