EN

Tacikistan və Özbəkistan cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə edib

BAKI, 5 noyabr. TELEQRAF

Tacikistan və Özbəkistanın Daxili İşlər nazirlikləri cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müzakirə tərəflərin birgə İşçi Qrupu və iki ölkənin sərhəd polisi qurumlarının rəhbərlərinin görüşündə aparılıb. Görüş zamanı tərəflər Tacikistan və Özbəkistan Daxili İşlər nazirlikləri arasında cinayətkarlıqla mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə və əməliyyat-axtarış fəaliyyəti sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İclas iştirakçıları ekstremizm və terrorizmə qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlığı nəzərdən keçirib, gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdiriblər.

Chosen
55
teleqraf.com

1Sources