EN

FHN-in nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub

BAKI, 5 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin rəisi general-mayor Əşrəf Qasımovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti 26 oktyabr - 4 noyabr 2025-ci il tarixlərində Çin Xalq Respublikasında səfərdə olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Çin Milli Aviasiya Texnologiyaları İdxalı və İxracı Korporasiyasının (CATIC) vitse-prezidenti Lyu Yi ilə görüşüb.

Görüşdə Azərbaycan və Çinin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunub, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi əhəmiyyət kəsb edən aviasiya sahəsində ən son texnologiyaların tətbiqinin vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində FHN-in nümayəndə heyəti Çin Milli Aviasiya Texnologiyaları İdxalı və İxracı Korporasiyasının fəaliyyəti ilə yerində tanış olub, bir sıra görüşlər keçirib.

Chosen
38
7
teleqraf.com

8Sources