EN

Azərbaycan Ərəb Koordinasiya Qrupuna daxil olan institutlarla iqtisadi inteqrasiyanın dərinləşdirilməsini dəyərləndirib

BAKI,TurkicWorld

Azərbaycan Ərəb Koordinasiya Qrupuna daxil olan institutlarla iqtisadi inteqrasiyanın dərinləşdirilməsi imkanlarını müzakirə edib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Bakıda Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masasında Azərbaycanın Qrupa daxil olan institutlarla səmərəli əməkdaşlığını vurğuladıq.Tədbir çərçivəsində regionun iqtisadi mənzərəsini yenidən formalaşdıran sərmayə imkanları, işğaldan azad edilmiş ərazilərimizin investisiya potensialı, strateji infrastruktur layihələri və birgə maliyyələşmə perspektivləri barədə müzakirələr apardıq. Dayanıqlı inkişafın təmin olunması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və ortaq rifahın təşviqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdik", - paylaşımda qeyd edilib.

Chosen
14
3
turkic.world

4Sources