EN

Sumqayıtda istismardan çıxarılan relslər oğurlandı...


Sumqayıt şəhərində dəmir yolu stansiyası ərazisində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polisə stansiya ərazisindən istismardan çıxarılan relslərin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı A.Paşayev, həmçinin əvvəllər məhkum olunmuşlar - 22 yaşlı X. Hüseynov, 23 yaşlı X. Ağayev və 26 yaşlı S. Elbruszadə saxlanılıblar.

Araşdırma aparılır.

ZÜMRÜD

Chosen
14
4
baki-xeber.com

10Sources