EN

Ərəb Koordinasiya Qrupuna daxil olan institutlarla səmərəli əməkdaşlıq mövcuddur

“Bakıda Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masasında Azərbaycanın Qrupa daxil olan institutlarla səmərəli əməkdaşlığını vurğuladıq. Tədbir çərçivəsində regionun iqtisadi mənzərəsini yenidən formalaşdıran sərmayə imkanları, işğaldan azad edilmiş ərazilərimizin investisiya potensialı, strateji infrastruktur layihələri və birgə maliyyələşmə perspektivləri barədə müzakirələr apardıq. Dayanıqlı inkişafın təmin olunması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və ortaq rifahın təşviqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Chosen
13
3
vergiler.az

4Sources