EN

“Bu həm özgüvəndi, həm də hörmətsizlik” - Mareskanın hərəkəti həmkarının gözündə

“Qarabağ” bu gün Çempionlar Liqasının liqa mərhələsində “Çelsi”ni qəbul edəcək.

Maraqlıdı ki, qonaqların baş məşqçisi Entso Mareska Bakıda oyunöncəsi mətbuat konfransı keçirməyə, eləcə də komandasını məşqə çıxarmağa ehtiyac görmədi.

Mareskanın bu hərəkətini necə dəyərləndirək? Özgüvən məqamı aydındı, bəskonfrans keçirməmək Azərbaycan mediasına və “Qarabağ”a hörmətsizlik deyilmi?

“Football-plus.az”ın sualına Vaqif Sadıqov belə cavab verdi:
“Bu həm özgüvəndi, həm də hörmətsizlik. Belə hallar olur. Məşqə çıxmamaq normaldı. Konfransa qatılmamaq isə hörmətsizlikdi. Düzgün addım deyil. Məşqə çıxmamağı qəbul etmək olar, konfransı yox. Bu hərəkət çempionumuza motivasiya verəcək. Güclü rəqib olsalar da, son KDÇ-nin qalibi olsalar da, məncə,çempionumuz əvvəldən sona qədər gücünü göstərəcək. Heç nədən çəkinməməliyik”.
Qeyd edək ki, oyun saat 21.45-də start götürəcək.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
46
football-plus.az

1Sources