EN

Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttindən daha səmərəli olacaq - Meliksetyan

BAKI, 5 noyabr. TELEQRAF

“Coğrafi və iqtisadi amillər Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpasında həlledici rol oynayacaq”.

Teleqraf xəbər verir ki, bu fikri erməni politoloq Samvel Meliksetyan səsləndirib.

Meliksetyan bildirib ki, Cənubi Qafqazda kommunikasiya xətlərinin bərpası zamanı sanki arada siyasi sərhədlər yoxdurmuş kimi düşünmək vacibdir:

“Əgər siyasi sərhədlər olmasaydı, ən əlverişli və optimal yolları seçərdik. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz kiçik region deyil – burada üç ölkədən başqa Azərbaycanın Naxçıvan anklavı da mövcuddur. Buna görə də qarşılıqlı əlaqələr mürəkkəb coğrafi şəraitlə bağlıdır”.

Ekspertin sözlərinə görə, son 30 ildə regionda baş verən münaqişələr bölgədən keçən nəqliyyat marşrutlarına mənfi təsir göstərib: “Bu, yalnız Qarabağ deyil, həm də Abxaziya konflikti ilə bağlıdır ki, onun nəticəsində Rusiya-Gürcüstan-Ermənistan dəmir yolu bağlanıb. Eləcə də Ermənistanla Azərbaycan arasında bütün əlaqə xətlərinin kəsilməsi regiondakı kommunikasiya sisteminin ümumi tənəzzülünə səbəb olub”.

Meliksetyan qeyd edib ki, “Tramp yolu” adlı yeni layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşməsini nəzərdə tutur: “Bu məsələ Azərbaycan üçün həmişə önəmli olub, indi də müzakirələrdə bu aspekt ön plandadır”.

Ekspert iddia edib ki, “Tramp yolu” (və ya Zəngəzur dəhlizi) üzrə inşa olunacaq xətlər Bakı-Tbilisi-Qars dəmir yolundan daha səmərəli olacaq.

Chosen
37
teleqraf.com

1Sources