Bitkoin kriptovalyutasının qiyməti 99 min 671 dollar olub. Onun qiyməti 2025-ci il iyunun 23-dən bəri ilk dəfə enərək bu səviyyəyə enərək 6,57 faiz ucuzlaşıb.
Qeyd etmək lazımdır ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir. Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü bir nəfər və ya müəlliflər qrupu tərəfindən dərc edilib.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”