Olaylar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Təhsil TV-nin "Təhsil saatı" proqramında deyib.
"Bəzən şagirdlər öz məsələlərini kənarda həll etmək istəyirlər. Bu halları bizim əməkdaşlar hiss edə bilir və nəzarət edirlər. Bununla da qarşısı alınmış olur.
Biz eyni zamanda məktəbdən kənarda da baş verən hadisələrə nəzarət edirik. Çünki o bir şagirddir. Belə hallarda biz məsuliyyət daşımırıq amma biz o hadisələri araşdırırıq ki, həmin şagird bizim məktəbdə təhsil alır",- deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31