EN

Azərbaycanlı kikboksçu 24 ay müddətinə diskvalifikasiya olundu

Azərbaycanlı kikboksçu Ayxan Əzizov 24 ay müddətinə diskvalifikasiya edilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Bildirilib ki, buna səbəb 17 yaşlı idmançının antidopinq qaydalarının pozması olub. Onun nümunəsində qadağan edilmiş maddənin mövcudluğu aşkarlanıb.

Chosen
35
moderator.az

1Sources