Gürcüstan 2030-cu ilə qədər, hətta daha sonra da Avropa İttifaqına üzv ola bilməz.
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski bildirib ki, ölkə hazırkı kursu ilə Aİ-yə üzvlük yolunda deyil.
“Genişlənmə hesabatı tamamilə aydındır: Gürcüstan 2030-cu ilə qədər, hətta daha sonra da Aİ üzvü ola bilməz. Demokratik geriləmə, hakimiyyət nümayəndələrinin təkrarladığı antiavropa dezinformasiyalar və əsas azadlıqların aşınması fonunda Gürcüstanın Aİ-yə üzvlüyü mümkün deyil,” – deyə Gerçinski jurnalistlərin sualını cavablandırarkən bildirib.