ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanlı iş adamı Tufan Sadıqov investoru olduğu “Ximki” klubuna dair iş üzrə Rusiya Futbol İttifaqının (RFS) İntizam Komitəsinin iclasına dəvət olunub.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İclas noyabrın 7-də keçiriləcək.
Xatırladaq ki, sentyabrın 9-da Moskva vilayəti Arbitraj Məhkəməsi “Ximki” klubunu müflis elan edib. Klubun borcu 448 milyon rubl məbləğində qiymətləndirilir.
Qeyd edək ki, ötən mövsüm “Ximki” Rusiya Premyer Liqasının turnir cədvəlində 12-ci yeri tutsa da, maliyyə problemləri səbəbindən ölkə çempionatlarında iştirakını davam etdirə bilməmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.