EN

Suverenlik olmadan milli mənəvi dəyərlərinin, adət ənənələrinin qorunması mümkün olmazdı Ramin Məmmədov

ain.az, 525.az portalına istinadən məlumat yayır.

"Suverenlik xalqın ən ali dəyərlərindən, ən böyük tarixi nailiyətlərindən biridir”.

525.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib. O bildirib ki, suverenlik olmadan konstitusiya prinsiplərinin və qanunların tətbiqi, xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunması mümkün olmazdı:

“Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir".

Ramin Məmmədov qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin bərpası sayəsində bu gün öz milli irsini, dini-mədəni müxtəlifliyini və konstitusion dəyərlərini qoruyaraq gələcəyə daha da inamla addımlayır.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
525.az

1Sources