EN

İsrailin Qəzzaya hücumunun dəyəri 76,3 milyard dollara çatıb

ain.az, 525.az saytına istinadən bildirir.

İsrailin son iki ildə Qəzza zolağı da daxil olmaqla bölgəyə hücumlarının dəyəri 76,3 milyard dollara çatıb.

525.az İsrail dövlət televiziyası KAN-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

İsrailin maliyyə naziri Bezalel Smotriç hökumətin 2026-cı il büdcəsini açıqladığı mətbuat konfransında Müdafiə Nazirliyini xərclərin səmərəsiz idarə olunmasına görə sərt şəkildə tənqid edib.

Smotriç həddindən artıq hərbi xərclərə qarşı mübarizə üçün səmərəli tədbirlərin görülməsinə çağırıb və bəyan edib ki, gələn ilin büdcəsində ümumi daxili məhsulun 3,2 faizi həcmində kəsir olacağı proqnozlaşdırılır.

Maliyyə naziri son iki ildə bölgədə başlatdıqları hücumların iqtisadiyyata 250 milyard şekel (76 milyard dollar) zərər vurduğunu bildirib.

“Müdafiə büdcəsi müharibədən əvvəlkindən xeyli çox olacaq, lakin o, indiki səviyyədə qala bilməz... Biz bu məsələdə razılıq əldə etmişik və ümid edirəm ki, onlar pozulmayacaq”, - Bezalel Smotriç deyib.

İsrail Maliyyə Nazirliyinin baş direktoru İlan Rom da mətbuat konfransında çıxış edərək, Müdafiə Nazirliyini israfçılıqda günahlandırıb və hərbi xərclərin idarə edilməsində struktur dəyişikliklərinin zəruriliyini vurğulayıb.

Rom ehtiyatda olan hərbi xidmət üçün ayrılan büdcənin boşa getdiyini əlavə edib.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
525.az

1Sources