EN

Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində noyabrın 4-də keçirilən “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mikayıl Cabbarovun devalvasiya ilə bağlı verdiyi açıqlama ölkədə yaxın zamanda devalvasiya olacağı məsələsini yenidən gündəmə gətirib.

 

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Pravda.az-ın bu barədə sualını cavablandırıb.

Aydın

Deputat bildirib ki, neftin qiyməti 65 dollardan götürülür: “Bu, demək olar, orta illik qiymətdir. Digər tərəfdən, manatın 1 ABŞ dollarına qarşı məzənnəsinin stabil 1 manat 70 qəpik nisbətində olacağı proqnozlaşdırılır. Kifayət qədər valyuta ehtiyatlarımız olduğu üçün, həm də iqtisadi ticarət dövriyyəmiz müsbət saldo ilə müşayiət olunduğuna görə hər hansı devalvasiya riski yoxdur. Manatın məzənnəsi gələn il üçün stabil qalacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Noyabr 2025, 15:50   
Chosen
29
pravda.az

1Sources