EN

Bu ölkələrdə cibinizdən muğayat olun

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Avropada cibgirlərin ən çox rast gəlindiyi ölkə İtaliyadır.

“Qafqazinfo” “Express” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat Böyük Britaniyanın “Quotezone” sığorta şirkətinin həyata keçirdiyi araşdırmalarda yer alıb.  

Araşdırmanın nəticələrinə əsasən, Romadakı məşhur Trevi fontanı cibgirlərin ən sevimli məkanıdır. Belə ki, bu fontanın ətrafı daim turistlərlə dolu olur, ona yaxınlaşmaq üçün isə bu insan kütlələrinin arasından keçmək lazım gəlir, cibgirlər də məhz bundan məharətlə istifadə edirlər. 

“Çantalarınızın ağzını bağlayın, qiymətli əşyalarınızı ciblərinizə qoymayın, oyunlar təklif edən və ya əyləncə tədbirlərində iştirak etməkdə israr edən şəxslərin təkliflərindən nəzakətlə imtina edin”, - deyə səyahət ekspertləri turistlərə tövsiyə ediblər. 

Cibgirlərin ən çox rast gəlindiyi ikinci ölkə Fransa, burada ən təhlükəli yer isə Eyfel qülləsidir. İspaniya isə siyahıda üçüncü yerdə qərarlaşıb. 

İlk 10-luqda növbəti yerləri Almaniya, Niderland, Portuqaliya, Türkiyə, Yunanıstan, Polşa və İrlandiya tutur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
2
cebheinfo.az

3Sources