ain.az, Azvision portalına istinadən məlumat verir.
Bu sözləri Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən "Fərqliliyin rəngi" adlı festivalda deyib. O vurğulayıb ki, Azərbaycan öz etnik, dini və mədəni müxtəlifliyi ilə zəngin ölkədir. "Müasir dövrdə tarixi adət-ənənə, mənəvi dəyərlər düzgün qiymətləndirilməzsə, onlar sonrakı nəsillərə düzgün ötürülə bilməz. Bu əhəmiyyətli prosesə Azərbaycan cəmiyyətində çox böyük diqqət yetirilir. Həmişə çalışırıq ki, cəmiyyətimizin birliyi və həmrəyliyi sarsılmasın, adət-ənənəmiz yaşadılaraq gələcək nəsillərə ötürülsün", - Ramazan Əsgərli söyləyib. AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.