EN

İran Trampın nüvə təhdidlərinə sərt reaksiya verdi

Bizimyol saytına istinadən ain.az xəbər verir.

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi və səfiri Əmir Səid İrevani ABŞ Prezidenti Donald Trampın nüvə silahı ilə bağlı açıqlamalarına kəskin etiraz edib. İranlı diplomat bu bəyanatları “son dərəcə narahatedici və məsuliyyətsiz” adlandırıb.

Bizimyol.info xəbər verir ki, İrevani məsələ ilə bağlı BMT Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının hazırkı sədrinə rəsmi məktub göndərib.

Məktubda qeyd olunur ki, Trampın açıqlamaları beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, ABŞ-ın beynəlxalq öhdəliklərinin açıq şəkildə pozulması deməkdir.

Diplomat: “ABŞ Prezidenti 29 oktyabr 2025-ci ildə sosial media hesabında etdiyi paylaşımda, Müdafiə Nazirliyinə digər nüvə dövlətləri ilə bərabərlik prinsipi əsasında nüvə silahı sınaqlarına başlamaq barədə göstəriş verdiyini və bu prosesin dərhal başlayacağını bəyan edib. Ardınca 31 oktyabr 2025-ci ildə CBS kanalında yayımlanan "60 Minutes" proqramında ABŞ-ın təkbaşına dünyanı 150 dəfə məhv edə biləcək qədər nüvə silahına malik olduğunu söyləyib”, - deyə məktubda qeyd edib.

İran nümayəndəsinin sözlərinə görə, bu kimi açıqlamalar “nüvə silahından istifadə hədəsi olmaqla yanaşı, nüvə sınaqlarının yenidən başlanmasına dair açıq niyyətin ifadəsidir”.

İrevani bildirib ki, Trampın təhdid bəyanatları ABŞ-ın "Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi"nin 6-cı maddəsi üzrə öhdəliklərinin pozulması, həmçinin ABŞ-ın imzaladığı "Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsi"nin məqsəd və ruhuna zidd hərəkətdir.

“Nüvə silahına sahib bir dövlətin rəhbərinin bu cür məsuliyyətsiz və təxribat xarakterli bəyanatları qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır,” – deyə İran nümayəndəsi vurğulayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
icma.az

1Sources