EN

Enrike: Qələbəni Bavariya ya hədiyyə etdik

ain.az, Qol.az portalına istinadən məlumat verir.

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Bavariya"ya uduzduqları oyundan (1:2) danışıb.

QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, mütəxəssis komandasının çıxışından narazı qaldığını etiraf edib:

“Şübhəsiz ki, "Bavariya" daha güclü idi. Biz rəqibimizə çox gözəl hədiyyələr verdik. Hətta daha çox qol buraxa bilərdik. İkinci hissədə vəziyyət bir az dəyişdi. 

Nəticələri? Gələcək haqqında danışa bilmərəm. Hazırda nəticələrimizin pis olduğunu bilirik. Ağır qrafikimiz var. Növbəti matçlar çətin olacaq".

Qeyd edək ki, Paris təmsilçisi ÇL-də növbəti oyununu noyabrın 26-da "Tottenhem"ə qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
qol.az

2Sources