EN

Bu ölkədə 16 yaşından kiçiklər üçün sosial media qadağan edildi

Avstraliyada 16 yaşdan kiçik istifadəçilərin bir sıra sosial media platformalarına daxil olması qadağan edilib.

"Cebheinfo.az"-ın "ABC News"a istinadən verdiyi xəbərə görə, qadağan olunmuş platformalara “Facebook”, “Snapchat”, “X”, “Instagram”, “Threads”, “TikTok” və “YouTube” daxildir.

Avstraliyanın rabitə naziri Anika Vells bildirib ki, hazırda “Grant”, “WhatsApp”, “Reddit”, “Twitch”, “Roblox”, “Pinterest”, “Lego Play”, Kick və Steamin də qadağan siyahısına daxil olub-olmaması müzakirə olunur.

Nazir sosial media platformalarının uşaqlar üzərində “qorxulu bir nəzarət gücünə” sahib olduğunu vurğulayaraq, bu qadağanın tətbiqi üçün “heç bir bəhanənin qəbul edilməyəcəyini” qeyd edib.

Avstraliyanın internet təhlükəsizliyinə cavabdeh olan “eSafety” Komissiyası bu platformaların “yeganə və ya əsas məqsədinin onlayn sosial qarşılıqlı əlaqə yaratmaq” olduğunu və bu səbəbdən qadağaya daxil edildiyini açıqlayıb.

Yeni qaydalara əsasən, texnologiya şirkətləri 16 yaşdan aşağı istifadəçilərin mövcud hesablarını bağlamazsa və yeni hesabların açılmasının qarşısını almaq üçün məqbul addımlar atmazlarsa, təxminən 50 milyon Avstraliya dolları (təxminən 32,5 milyon ABŞ dolları) məbləğində cərimələnə bilərlər.

Dünyada ilk dəfə tətbiq ediləcək bu qanuna görə, 16 yaşdan aşağı uşaqlar “YouTube” videolarına baxa biləcəklər, lakin hesab yarada bilməyəcəklər. Bu səbəbdən platformada məzmun paylaşmaq və qarşılıqlı əlaqədə olmaq imkanları olmayacaq.

Chosen
22
1
cebheinfo.az

2Sources