EN

"Multikulturalizm cəmiyyətin ictimai-siyasi həyatının əsas dayaqlarındandır"

"Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc və qarşılıqlı hörmət şəraitində yaşaması ölkənin ictimai-siyasi həyatının əsas dayaqlarından biri olub". Metbuat.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Salman Musayev Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı danışıb:

"Bu ənənə bu gün də dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qorunur və inkişaf etdirilir. Ölkədə bütün dini icmalar üçün bərabər hüquqlar və azad fəaliyyət şəraiti təmin olunub. Müxtəlif etiqad sahiblərinin birgəyaşayış mədəniyyəti, qarşılıqlı anlayış və ehtiram prinsipləri Azərbaycan cəmiyyətinin əsas xüsusiyyətlərindəndir.Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə qarşı heç vaxt ayrı-seçkilik edilməyib, əksinə, onlar üçün bərabər şərait yaradılıb və daim hörmətlə yanaşılıb".

Chosen
33
metbuat.az

1Sources