Bakı, 5 noyabr, AZƏRTAC
NTD komandası amerikalı basketbolçu Leykim Makalili transfer edib.
Klubdan AZƏRTAC-a bildirilib ki, hücumçu mövqeyində çıxış edən 24 yaşlı basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
O, son olaraq Gürcustan Liqasında çıxış edən “Delta Qurjani” klubunun şərəfini qoruyub.