EN

Qarabağ savaşında bütöv Azərbaycanda yaşayan xalq və millətlərin içindən şəhidlər və qazilər çıxdı

"Qarabağ savaşında yalnız bir dinin və millətin təmsilçiləri şəhid və qazi olmadı, burada bütün Azərbaycanda yaşayan xalq və millətlərin içindən şəhidlər və qazilər çıxdılar".

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Fərqliliyin Rəngi" festivalında çıxışı zamanı deyib.

O, bildirib ki, bu gün dünyada dini savaşlar müşahidə edirik. İrqi zəmində savaşlar, insanın dəri rənginin fərqliliyindən başlayır. Dini savaşlar insanların öz inancını başqalarının inancından üstün görməsindən başlayır.

"Etnik savaşlar bir xalqın özünü başqa xalqdan üst göstərməsilə başlayır. İnsanlar arasında cinayət hadisələri isə bir insanın özünü başqa insandan üstün tutmasından başlayır. Bugünkü festivalın fəlsəfəsi insanları bu üstünlük anlayışından uzaqlaşdıraraq, insanlıq anlayışına yönəltmək çağırışıdır. Heç kəs heç kəsdən üstün deyil. Hər kəs öz inancını sərbəst şəkildə yaşaya bilər. Əsas məsələ budur".

Deputatın sözlərinə görə, Azərbatcan dövləti, Prezidenti və cəmiyyəti məhz bu fəlsəfəyə sahibdir. Ona görə də biz normal, demokratik ölkə qurmuşuq.

"Toroaqlarımız işğaldan azad edildikdən sonra xalqımızın birliyi daha aydın göründü. Bizim birliyimiz özünü göstərir çünki Qarabağ savaşında yalnız bir dinin və millətin təmsilçiləri şəhid və qazi olmadı, burada bütün Azərbaycanda yaşayan xalq və millətlərin içindən şəhidlər və qazilər çıxdılar. Biz indi elə bir şəkildə bütövləşdik ki, bundan sonra bizi etnik və dini zəmində ayırmaq mümkün olmayacaq".

Chosen
30
far.az

1Sources