EN

Natiq Cəfərli Gömrük Komitəsinin ləğvini istəyir: “Rusiyadan gələn sistem...”

“Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov belə bir açıqlama verib: 

“Elektromobillər ƏDV-yə cəlb ediləcək. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1700 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək”. 

Voronej İqtisad institutunun, Rusiya Gömrük Akademiyasının məzunu olan Şahin Bağırov məntiqi ayaq altına qoyub tapdalayır, ümid edirəm ki, bunu qəsdən etmir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı ekspert, REAL Partiyasının sədri Natiq Cəfərli deyib.

“Deməli, ölkəyə 10 aya 1700 elektromobil gəlib, deyir ki, bu azdır, ona görə də ƏDV tədbiq edib 18% qiymətini artırırıq. Qiymətlər 18-20% artacaqsa, deməli, elektromobillərə maraq da azalacaq, elə deyilmi?! Əgər dövlətin istəyi marağı artırmaq, ekoloji təmiz elektromobillərin gətirilməsini, satışını stimullaşdırmaqdırsa, deməli ƏDV ləğvi ilə yanaşı, digər təşviq addımları da atır ki, satış çoxalsın. 

Məsələn, bir çox Avropa Birliyi ölkələrində elektromobil alanlar nəinki vergilərdən azad edilir, həm də dövlət onlara dəyərin bir qismini (10-20% arası) ödəyir ki, maraq artsın. Şahin müəllim deyir ki, maraq azdır (halbuki bu maraq məsələsi deyil, alıcılıq qabiliyyəti və şarj infrastrukturunun azlığı məsələsidir), indi biz ƏDV tədbiq edəcəyik ki, maraq daha da azalsın. Fantastik məntiqdir!”

N. Cəfərli deyib ki, ölkəmiz nəinki elektromobil, TV pultuna taxılan batareyka belə istehsal edə bilmir, bunu bacarmır: 

“15 ildir deyirik, bir daha təkrar edək: Gömrük Komitəsinin ayrıca bir müstəqil dövlət qurumu kimi qalması iqtisadiyyata zayan vurur, ləğv edilməli, ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərməlidir. Gömrük Komitəsində Rusiyasından gələn hərbiləşdirilmiş (hamısının rütbəsi var - niyə?) gömrük sistemi kökündən dəyişdirilməlidir”.

Chosen
20
1
cebheinfo.az

3Sources