EN

İki yeməkxanada EŞŞƏK ƏTİ AŞKARLANDI

Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın azərbaycanlıların sıx məskunlaşdığı Marneuli rayonunda yerləşən iki yeməkxanada çəkilmiş qiymə ətdə eşşək əti aşkarlanıb.

Hafta.az-ın yazdığına görə, bu barədə tazan “QafqazTürk Media” bildirir ki, məlumatı Gürcüstan Milli Qida Agentliyi yayıb.

Kvemo Kartli Departamentinin müfəttişləri dövlət nəzarəti çərçivəsində ət və ət məhsullarının növ araşdırması məqsədilə müəssisələrdən və satış obyektlərindən nümunələr götürərək akkreditə olunmuş laboratoriyada yoxlayıblar.

Laboratoriya tədqiqatı nəticəsində 2 qida nümunəsində uzunqulaq DNT-si aşkarlanıb: 1. Qiymə ət – istehsalçı: Fərdi sahibkar “Sabir Çıldırlı” (yeməkxana), Ünvan: Marneuli, Ağmaşenebeli küç. 2a, 2. Qiymə ət – istehsalçı: Fərdi sahibkar “Famil Magarov” (yeməkxana), Ünvan: Marneuli, Ağmaşenebeli küç. 2a.

“Milli Qida Agentliyinin nəzarəti altında həmin qida məhsulları satışdan çıxarılıb. Biznes subyektlərinin istehsal prosesi dayandırılıb və materiallar əlavə tədbirlər üçün müvafiq qurumlara təqdim edilib”, - məlumatda qeyd olunub.

Chosen
28
hafta.az

1Sources