EN

Şoyqu: Qafqazdakı hadisələr daimi diqqət tələb edir

BAKI, 5 noyabr. TELEQRAF

Qafqaz və Cənubi Qafqazdakı hadisələr daimi diqqət və Şuralar arasında mütəmadi məsləhətləşmələr tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu gün Moskvada erməni həmkarı Armen Qriqoryanla görüşü zamanı bildirib.

"Regionda baş verən müxtəlif hadisələr daimi diqqət, məsləhətləşmə və fikir mübadiləsi tələb edir. Bölgədəki regional və geosiyasi vəziyyət mürəkkəbdir və tərəflərin davamlı olaraq uyğunlaşması vacibdir",- o vurğulayıb.

Qeyd edək ki, bu gün Moskvada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin toplantısı keçirilir. Tədbirdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da iştirak edir.

Chosen
40
teleqraf.com

1Sources